19 yanvar 2012 – ci il tarixdə 16 saylı texniki humanitar liseydə 20 yanvar şəhidlərinə həsr olumuş “Ağla, qərənfil, ağla!” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin müdiri N.Tahirova açaraq 20 yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə kitabxananın fəal oxucuları 20 yanvar şəhidlərinə aid şeirlər söylədilər. Yuxarı sinif şagirdləri isə 20 yanvar şəhidlərinə həsr olunmuş “Yarımçıq talelər” adlı ədəbi-bədii kompozisiya göstərdi. Proyektorla “Qalib ordu, qalib xalq “ adlı sənədli film nümayiş etdirildi. Məktəbin xoru “Qalx, qalx, ulu torpaq!” mahnısını oxudu.
Tədbir iştirakçıları 20 yanvar şəhidlərini və o cümlədən Azərbaycan torpaqları uğrunda canlarını fəda etmiş bütün şəhidləri 1 dəqiqəlik sükutla yad etdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər