Bu il yazıçı-şair Ələmdar Quluzadə 60 illik yubileyini qeyd edir. Bu münasibətlə 12 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda uşaq yazıçısı, şair, publisist Ələmdar Quluzadənin yaradıcılıq gecəsi keçirildi. Foyedə “Ürəyimi sizə verirəm” adlı kitab sərgisi təşkil olunmuşdu. Tədbirin əvvəlində kitabxanamızın hazırladığı video-təqdimat nümayiş etdirildi. Elmi işlər üzrə direktor müavini Zahirə xanım Dadaşova öz çıxışında dövlət radiosunda çalışan və daha çox uşaq yazarı kimi tanınmış Ələmdar Quluzadənin kitabxanada keçirilən tədbirlərdə iştirakından, məhsuldar əməyinin bəhrəsi kimi son illərdə çap olunmuş “Məhləmizin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının balacalar tərəfindən ən çox oxunan kitablar olmasından danışdı. Elmi metodika şöbəsinin baş kitabxanaçısı Xəyalə Xəlilovanın hazırladığı vəsait tədbir iştirakçılarına paylandı və video təqdimat CD diskdə müəllifə hədiyyə edildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər