27 Dekabr 2011-ci il tarixində F.Köçərli adına Respublika uşaq kitabxanasının təşəbbüsü ilə qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət Xadimi, Azərbaycan xalq şairi, Şöhrət ordenli, Humay mükafatı laureatı Fikrət Qoca ilə görüş keçirildi. Görüşdə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədli, Təhsil nazirliyinin məsul katibi Südabə Həsənova, yazıçı Ənvər Əhməd, F.Köcərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdi. Uşaqlar şairin vətənə, torpağa. ata-anaya həsr etdiyi şeirləri söylədilər, mahnıları ifa etdilər. Tədbir bədii və rəsmi hissədən ibarət olmaqla müasir oxucularımızı poeziyaya, şeir oxumağa bir daha ruhlandırdı. Şairin “Düşündüklərimdən mənzərələr” poeması əsasında hazırlanmış səhnəcik isə daha çox uşaqların yaddaşlarında qaldı. F.Qoca tədbirin sonunda kitabxana kollektivinə, məktəb rəhbərliyinə, şagirdlərə dərin təşəkkürünü bildirdi, kitab və CD disklərini kitabxanaya hədiyyə etdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər