Dekabrın 16-da kitabxananın məlumat-biblioqrafiya şöbəsi və uşaq mütaliəsinə rəhbərlik bölməsinin işçiləri Səbail rayonundakı 2 saylı texniki-humanitar liseyində icmal keçirdi. İcmal “Qarabağ mövzusu bədii ədəbiyyatda” başlığı altında təşkil olunmuşdu. Məqsəd uşaqları həm bu gün yazıb–yaradan çağdaş yazıçılarımızın yaradıcılığı ilə tanış etmək, həm də onlara daimi mövzu olan Qarabağ mövzusunda yaranan bədii əsərlər haqqında məlumat vermək idi. İcmal üçün bu il 50 yaşını qeyd etdiyimiz Elçin Hüseynbəylinin “Qaçaq qocalar” pyesi, Aqil Abbasın “Allahı qatil edənlər” romanı və Vaqif Əlixanlının “Oğlum, qardaşım, əcəl” povesti götürülmüşdü. Hər üç əsər “Azərbaycan” jurnalında dərc olunmuşdur. Buna görə də “Azərbaycan” jurnalının tarixi, onun redaktorları haqqında da uşaqlara məlumat verildi. Əsərlərin icmalı diqqətlə dinlənildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər