Dekabrın 9-da Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar F.Köcərli adına Respublika Uşaq Kitabxanasının diyarşünaslıq və milli ədəbibiyyat şöbəsi 193 saylı orta məktəbdə “H.Əliyevin neft strategiyası – tərəqqiyə gedən yol” adlı ədəbi-bədii gecə kecirildi və sərgi təşkil olundu.
Tədbirdə məktəbin X və XI sinif şagirdləri iştirak edirdilər. Məktəbin kimya müəllimi Məhluqə xanım qonaqları salamlayıb tədbiri acıq elan etdi. Uşaqların Azərbaycanın zəngin neft yataqları ilə bağlı cıxışlarından sonra proyektorla “Azərbaycanda neft sənayəsinin inkişafı və “Azərbaycan tarixi” adlı video slaydlar göstərildi. S.Vurğunun “Azərbaycan” adlı şeiri H.Əliyevin öz səsi ilə səsləndirildi. Tədbirin sonunda “Socar” şirkətinin hazırladığı “Azərbaycan neftinin tarixi” adlı qısa metrajlı kino nümayiş olundu. M.Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında tədbir sona catdı.

<Tədbirin şəkilləri

Bütün xəbərlər