Noyabr ayının 28-də F.Köçərli ad. Respublika uşaq kitabxanasının Məlumat-biblioqrafiya şöbəsinin işçiləri Cəfərova Ülviyyə., Əhmədova Sevil., Məcidova Nərgiz. və Mütaliəyə rəhbərlik bölməsinin müdir Tükənova Rəna ilə birlikdə 164 saylı məktəbdə “KİTAB İNSAN ÜÇÜN MƏNƏVİ QİDADIR” başlığı altında sərgi-icmal keçirilmişdir. Sərgi ibtidai siniflər üçün nəzərdə tutulmuşdu. Burada müəllimlər üçün metodik vəsaitlər, ibtidai sinif şagirdləri üçün isə həm bədii ədəbiyyat, həm də görkəmli şəxsiyyətlərimiz, tarixi yerlərimiz haqqında olan kitablar nümayiş etdirildi. Demək olar ki, məktəbin bütün kiçikyaşlı şagirdləri sərgidə oldular, kitablarla yaxından tanış oldular. Kitabxananın işçiləri şagirdlərin və müəllimlərin bütün suallarını ətraflı cavablandırdılar, kitablar haqqında, respublikada uşaqlar üçün çap edən nəşriyyatlar haqqında məlumat verdilər. Bütün kollektiv kitabxanaya dəvət olundu. Məktəbin direktoru Kəmalə xanım və dərs-hissə müdiri Yeganə xanım kitabxanaçılar üçün hər bir şəraiti yaratdılar. Tədbir yüksək səviyyədə keçdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər