F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Ölkəşünaslıq və milli ədəbiyyat” şöbəsi oktyabrın ayın 14-də Nəsimi rayon 1 saylı humanitar-texniki liseydə Dövlət müstəqilliyimizin 20 illiyi münasibəti ilə ədəbi-musiqili gecə kecirdi. Gecə Azərbaycan Respublikasının himni ilə başladı. V-VIII sinif şagirdləri ədəbi-bədii kompozisiya hazırlayıb, vətənə və sülhə aid şeirlət söylədilər. Monitorda “Vətənimiz bütöv”, “Azadlığa gedən yol” adlı slaydların nümayiş olundu. Məktəbin “Sülh” adlı uşaq xorun ifasında “Azadlıq marşı” və “Azərbaycan” adlı mahnılar ifa olundu. Məktəbin tarix müəllimi “Müstəqilliyə gedən yol”lun tarixi ilə bağlı çıxış etdi. Tədbirin sonunda məktəbin direktoru Ülviyyə Vəliyeva ölkəmizin 20 ildə qazandığı nailiyyətlər haqda və şagirdləri Vətəni sevməyə səslədi. “Azərbaycan bayrağını Qarabağda” adlı musiqi sədaları altında tədbir başa çatdı. .

Tədbirin şəkilləri

Bütün xəbərlər