12 İyul 2011-ci il tarixindən etibarən F.Köçərli adına Respublika Uşaq kitabxanasınin “Yay oxu zalı” Zabitlər parkında fəaliyyətə başlayıb. Oxucular saat 10-30- dan 13-30-a qədər və saat 17-dən başlayaraq 20- 30-a qədər bu xidmətdən istifadə edirlər. Bu işləri həyata keçirməkdə əsas məqsədimiz istirahət parkında uşaqları mütaliəyə cəlb etmək, onlarda kitaba marağı artırmaq, asudə vaxtlarının səmərəli və düzgün təşkilidir. ”Yay oxu zalı” sentyabrın 15-dək davam edəcək.

Tədbirin şəkilləri

Bütün xəbərlər