21 iyun 2011-ci ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirlinin “ Qoridən gələn qatar ” kitabının təqdimatı oldu. Tədbirdə şair, Yazıçılar İttifaqının üzvü,prezident təqaüdçüsü İlyas Tapdıq, yazıçı, publisist Teyyub Qurban, “Yazıçı Qadınlar “ İctimai Birliyinin sədri Nüşabə Məmmədli, şair publisist Hacı Loğman Qorqud, KİV- nin nümayəndələri və başqaları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq yazıçı Şəmistan Nəzirlinin həyat və yaradıcılığı haqda qısa məlumat verdi və kitab haqda öz müsbət rəyini bildirdi.Daha sonra akademik Hüseyn Əhmədli, şair İlyas Tapdıq, yazıçılar Nüşabə Məmmədli və Teyyub Qurban, uşaq yazıçısı Qəşəm İsabəyli, şair publisist Rəşid Faxralı, polkovnik Abdulla Qurbani, professor Şamil Vəliyev, ”Zerkalo” qəzetinin əməkdaşı Mirabbas Məmmədov kitab haqda öz fikirlerini bildirdilər. Kitabın müəllifi Şəmistan Nəzirli çıxış etdi ve bu kitabı yazmağı haqda danışdı. Sonda kitabxananın direktoru Fizurə xanıma və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər