13 iyun 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasında “Qurtuluşa gedən yol” adlı tədbir keçirildi. Tədbir Azərbaycanin Milli Qurtuluş gününə və “Dünya Azərbaycanlılarının həmrəyliyinə Dəstək“ Cəmiyətinin 15 illiyinə həsr olunmuşdu. Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” təşkilatının prezidenti Tofiq Əlizadə, “Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi Birliyi Cəmiyyətinin” vitze prezidenti Vaqif Əliyev, uşaq yazıçısı İlyas Tapdıq, yazıçı. publisist Teyyub Qurban, yazıçı Nüşabə Məmmədli, uşaq yazıçısı Gülzar İbrahimova, Bakı şəhər Təhsil idarəsi Metodik Mərkəzinin baş metodisti Gülnarə Zeynalabdinova və başlqaları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq 15 iyun hadisələri haqda qısa məlumat verdi. Daha sonra təşkilatın prezidenti Tofiq Əlizadə, yazıçı Teyyub Qurban və başqaları çıxış etdi. Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet teatrının solisti Lütfiyar İmanov və yazıçı İlyas Tapdığın bu təşkilat haqda fikirlərini əks etdirən slayd göstərildi. Tədbir Firuz Məmmədovun ifasında xalq mahnısı “Qaragilə” və “Azad bir quşdum” mahnısının səslənməsi ilə başa çatdı. Sonda Fizurə xanım tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər