26 may 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı Xətai rayonunda yerləşən 255 saylı uşaq baxçasında Abdulla Şaiqin anadan olmasının 130 illiyinə həsr olunmuş “Uşaqların sevimlisi” adlı kitab sərgisi və şeir müsabiqəsi keçirdi. Tədbirdə A.Şaiqin yaradıcılığı haqqında məlumat verildi, hazırlanmış slaydlar uşaqlara göstərildi. Sonra uşaqlar şeirlər söylədilər, “Tıq-Tıq xanım” tamaşasından səhnəcik göstərdilər. Baxçanın məzunları olmuş 264 saylı məktəbin şagirdlərindən T.Aygün, S.Aysel, A.Çinarə şeir söylədi. Müsabiqənin sonunda kitabxanaçılar uşaqlar arasında rəy sorğusu keçirdi, sərgi haqqında uşaqların fikirlərini öyrəndilər. Ən fəal, müsabiqə qalibləri (Məmmədova Sənubər- I yer, Kazımov İlkin-II yer, Musazadə Toğrul-III yer) hədiyyə qazandılar. Tədbirin sonunda uşaq baxçasının müdirəsi tədbirlə əlaqədar xoş sözlərini bildirdi, əməkdaşlarımıza təşəkkür etdi. Tədbir iştirakçılarına kitabxanamızın təsis etdiyi “Göy qurşağı” jurnalı verildi.

Tədbirin şəkilləri

Bütün xəbərlər