Aprel ayının 18-də N.Nərimanov rayonundakı 193 saylı məktəbdə Azərbaycan ədəbiyyatının satirik şairi Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə kecirildi. Tədbiri məktəbin ədəbiyyat müəlliməsi Səmayə Rəhimova açaraq gələn qonaqları salamladı. Sonra söz həmin məktəbin 10-cu sinif şagirdlərinə verildi. Onlar şairin həyatı və yaradıcılığı ilə bağlı fotoslayd təqdim etdilər, tədbir iştirakçılarını Sabir dünyasına dəvət etdilər. Bu dünyada şairin satirik şeirlərindən kiçik bir səhnəciklər təqdim olundu. “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”, “Qoyma gəldi!”, “Çatlayır, Xanbacı, gəmdən ürəyim” və s. satiralar, “Millət necə tarac olur olsun, nə işim var” adlı şeiri söyləndi. M.Babayevın ifasında “Oxutmuram əl çəkin”, “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısı təqdim olundu. Nizami adına ədəbiyyat institutunun əməkdaşı, Sabirşünas Alxan müəllim tədbirlə bağlı öz fikirlərini söylədi. Tədbir Sabirin büstünün qarşısına qoyulmuş gül-çiçəklə başa çatdı.

Tədbirin şəkilləri

Bütün xəbərlər