14 aprel 2011-ci ildə ulu öndərimiz, ümummilli liderimiz H.Əliyevin anadan olmasının 88-ci ildönümü və Müstəqilliimizin 20 illiyi ilə əlaqədar Nəsimi rayonu 16 saylı humanitar-texniki liseydə “Heydər Əliyevin şah əsəri – Müstəqil Azərbaycan“ adlı ədəbi musiqili gecə keçirildi.
Tədbir uşaqların ifasında dövlət himni ilə başladı. Onlar ulu öndər Heydər Əliyev haqqında çıxış edərək, həyat və yaradıcılığını əks edən foto slaydlar təqdim etdilər. Yeddinci sinif şagirdlərinin ifasında “Sən elə bir zirvəsən” adlı mahnı ifa olundu. Məktəbin rus təmaülli dördüncü sinif şagirdləri S.Vurğunun“Azərbaycan”, ulu öndərə həsr olunmuş şeirlər söylədilər. Tədbirə gələn qonaqlar Heydər Əliyev haqqında yaddaqalan , maraqlı çıxışlar etdilər. Tədbir uşaqların rəngarəng çıxışları ilə sona çatdı.

Tədbirin şəkilləri

Bütün xəbərlər