13 aprel 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycanın tanınmış uşaq yazıçısı İlyas Tapdığın uşaqlarla görüşü oldu. "İlyas Tapdıq və uşaq aləmi" adlı tədbirdə Nərimanov rayon 200 saylı liseyin müəllimləri, ikinci sinif şagirdləri və kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq qonaqları salamladı və İlyas Tapdığın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Uşaqlar şairin müxtəlif mövzulardan - təbiət, heyvanlar haqda, bitkilərdən bəhs edən, həmçinin uşaqlara həsr olunmuş şeirlərini söylədilər. Daha sonra uşaqlar şairə oz suallarını ünvanladı. Şair yaradıcılığa necə başlamasından, ilk yazdığı şeirlərdən və şeirləri yazma səbəblərindən bəhs edərək uşaqların suallarını cavablandırdı. Həmçinin məktəbin uşaqlar üçün əhəmiyyətindən, kitablarla, uşaqların özlərinin bir- birləri ilə yaxşı rəftar etmələri üçün xeyli öyüd, nəsihət verdi. Tədbirin sonunda Fizurə Quliyeva və İlyas Tapdıq tədbir iştirakçılarına öz dərin təşəkkürlərini bildirdi və kitabxananın "Göy qurşağı" jurnalından uşaqlara hədiyyə verildi.

Tədbirin şəkilləri

Bütün xəbərlər