2 aprel- Beynəlxalq Uşaq Kitabı Günüdür.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bununla əlaqədar III Milli Uşaq Kitabı sərgisi təşkil etdi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə bağlı onları milli uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirmək idi.
Kitab sərgisi oxu zalında keçirildi. Tədbirdə müxtəlif başlıqlar altında “Xalq yaradıcılığı paytaxtları-2011”, “Nağıllar aləmində”, “Beşik”dən ərməğan”, “Təhsil nəşriyyatından”, “Altun nəşriyyatından”, “Gözlə bizi Qarabağ”, “Kitablarda mən hələ...”, “Dərədən, təpədən”, “Güvəncin nağılları”, “Çox oxuyan, çox bilər”, “Tarix- keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim” və s. kitab sərgiləri nümayiş olundu. Sərgi 1-3 aprel tarixlərinə qədər davam etdi. Həmin günlərdə kitabxanaya çoxlu sayda məktəblilər gələrək uşaq ədəbiyyatı nümunələri ilə tanış oldular. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi “ Göy qurşağı” jurnalı hədiyyə edildi. Uşaqlar arasında “Boxçadan suallar” adlı viktorina keçirildi, suala düzgün cavab tapanlar hədiyyə qazandılar.
Uşaq yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Rafiq Yusifoğlu , Yayım Assosasiyasının əməkdaşları, məktəblilər, müəllimlər, valideynlər tədbirdə iştirak etdi.

Tədbirin şəkilləri

Bütün xəbərlər