31 mart 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında 31 Mart- Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədarAzərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədlinin “Zəngulə” kitabının müzakirəsi oldu. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq, Nüşabə xanım haqqında ətraflı məlumat verdi. Oxucuların böyük marağına səbəb olmuş “Zəngulə” romanı, “Bu bir oyundur” kitabları Qarabağ mözvusunda yazılmış ən gözəl əsərlərdir. Binəqədi rayonundakı 144 saylı məktəbin V- VIII sinif şagirdləri, kitabxananın fəal oxucuları tədbirdə iştirak etdilər. Sonra yazıçının “Zəngülə”əsəri üzrə çıxışlar və sual-cavab başladı. Tədbirin sonunda valideynlər və müəllimlər yazıçıya oxucular adından gül dəstəsi təqdim etdilər, kitabxana kollektivinə isə öz minnətdarlıqlarını bildirdilər.

Tədbirin şəkilləri

Bütün xəbərlər