Xocalı faciəsi ilə bağlı 2 saylı filial Xətai rayonunun 265 saylı məktəbində “Xocalı xalqımızın qan yaddaşıdır” adlı ədəbi-bədii gecə keçirilmişdir.

Kitabxananın oxu zalında “Əsrin faciəsi”, “Qan yaddaşımız” adlı kitab sərgiləri təşkil olunmuşdu. Gecənin aparıcıları XI sinif şagirdləri Nəsirov Orxan və Hacıəlibəyli Nərmin idi. Həmçinin tədbirdə Xətai rayonunun İcra başçısının müavini Nizaməddin Hüseynov da iştirak edirdi.

Bütün xəbərlər