Fevral ayının 16-da F.Köçərli ad. Respublika Uşaq kitabxanasında “Beynəlxalq Ana dili Günü”nə həsr olunmuş görüş keçirildi. Görüşdə Bakının 16 və 46 saylı məktəblərinin şagirdləri və şair, publisist Teyyub Qurban iştirak edirdi. Müslüm Maqomayevin “Azərbaycan” mahnısının səslənməsindən sonra tədbiri Əhmədova S. açdı. Uşaqlara bu əlamətdar günün təsis edilməsi tarixindən, “Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nün təsis edilməsi tarixi haqqında, ümumiyyətlə, dilin yaranma və təşəkkül tapması tarixindən, dünya dillərindən söhbət açdı. Uşaqlar Ana dilinə həsr olunmuş şeirlərini söylədi. Söz şair Teyyub Qurbana verildi. Tədbir Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısının sədaları ilə başa çatdı. “Ana dilim, mənim dilim” başlığı altında təşkil edilmiş sərgidə nümayiş etdirilən kitablar həm uşaqların, həm də valideynlərin marağına səbəb oldu.

Tədbirin şəkilləri

Bütün xəbərlər