Bəşəriyyətin faciəsi – QİÇS
1 dekabr 16 № li məktəbdə Ümumdünya QİÇS ilə mübarizə günü münasibətilə F.Köçərli adına kitabxananın incəsənət şöbəsinin işçiləri tədbir keçirdilər. Giriş sözü məktəbin direktoru Vəliyeva Ülviyyə açaraq mövzu ilə bağlı çıxış etdi. Manitorda ən son 2007-ci il üçün məlumatda HİV virusuna yoluxma “Dünyada və Azərbaycanda” epidimoloji vəziyyətin görüntüləri göstərildi. Tədbirdə “QİÇS haqqında nə bilirik” mövzusunda stend təşkil olunmuşdu. Tədbirdə Azərbaycan uşaq və gənclərin Sülh şəbəkəsindən Nazinka Mehdili və Ağasəf Bayramzadə uşaqların maraqlı suallarını cavablandırdılar. Ən sonda kitabxanamız tərəfindən tədbirlə əlaqədar yaddaş kitabçaları paylandı.

Tədbirin şəkilləri

Bütün xəbərlər