Dekabrın 21-də Nərimanov rayonunda 193 saylı məktəbdə F.Köçərli adına kitabxananın İncəsənət şöbəsi ilə birlikdə AKADEMİK Yusif Məmmədəliyevin 105 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə X və XI sinif şagirdləri iştirak edirdilər. Məktəbin kimya müəllimi Məhluqə müəllimə Yusif Məmmədəliyev haqqında, onun elmi fəaliyyəti barədə informasiya verdi. Şagirdlər öz çıxışlarında alimin həyat və yaradıcılığından danışdılar. Monitorda alimin həyat və yaradıcılığını əsas etdirən “Alkilləşmənin kralı” adlı slaydlar göstərildi. Məktəbin XI sinif şagirdi Elşad tarda ifa etdi və VII sinif şagirdi Murad Əliyev “Qurtuluş çələngi” adlı şeyir söylədi. Daha sonra Bakı şəhəri Təhsil İdarəsinin adından Tahirə xanım çıxış etdi. Sonda rejissor Ziya Şıxlinskinin müəllifi olduğu “Yusif Məmmədəliyev” haqqında film nümayiş olundu. Tədbirdə alimin həyat və fəaliyyəti əks etdirən sərgi nümayış olundu.

Tədbirin şəkilləri

Bütün xəbərlər