7 dekabr 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nəsimi Rayonu 6 saylı bağçanın uşaqları kitabxana ilə tanış oldular. Kitabxananın Kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova uşaqları salamladı. Kitabxanaçı İlahə Abdullayeva kitabxananın yaranma tarixindən danışdı, uşaqlara kitab oxumağın əhəmiyyətindən, kitabdan istifadə qaydalarından və nağıl otağında olan Azərbaycan xalq nağıllarından ibarət əl işləri haqqında uşaqlara məlumat verdi. “Sevimli nağıllar“ kitabından “Suleyman şah və qarışqa” nağılının ucadan oxusu oldu. Uşaqlar kiçik oxu zalında “Cırtdan” və “Qızılquş” nağıl kitablarının səs yazılarını dinlədilər. Zalın şöbə müdürü Almaz Əşrəfova “Atanın fərsiz oğulları” kitabının ucadan oxusunu keçirdikdən sonra uşaqlarla həmin nağılların müzakirəsi oldu. Sonda uşaqlar kitabxanada təşkil olunmuş milli sərgi, Ulu öndərimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında kitablardan ibarət sərgi, Azərbaycanın qədim dövr və müasir dövründən bəhs edən kitablardan ibarət sərgi, xarici ölkə səfirlərinin kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgi ilə tanış oldular.

Tədbirin şəkilləri

Bütün xəbərlər