15 fevral 2008-ci ildə saat 12.00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında “Ekologiya və biz” mövzusunda dəyirmi masa olmuşdur.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyindən nümayəndələr, ekoloji tərbiyə işi ilə məşgul olan qeyri hökumət təşkilatının işçiləri, uşaq kitabxanasının əməkdaşları iştirak etmişdir. Qeyri hökumət təşkilatlarının ekoloji sahədə gördükləri işlər, problemlər, onların həlli, birgə əməkdaşlıq və s. məsələlərdən danışılmışdır.

Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva, kitabxananın elmi işlər üzrə direktor müavini Z.Dadaşova, kütləvi işlər üzrə şöbə müdiri L.İbrahimova, V.Korolenko adına Gənçlər kitabxanasının direktoru və Ekoklubun rəhbəri Rəna Biləndərli ekoloji maariflənmə sahəsində yeniliklərlə çıxış etdilər. Həmçinin tədbir iştirakçıları fikir mübadiləsində iştirak edəcəklər.

Dəyirmi masa kitabxanalar ilə qeyri hökumət təşkilatlarının ekoloji problemlərin həllində birgə əməkdaşlığına xidmət etməklə, gələcəkdə birlikdə layihələrin yazılması, tədbirlərin keçirilməsinə nail olmaqla, ekoloji tərbiyə sahəsində uşaqların daha da savadlı, məlumatlı olmasına xidmət edəcəkdir.

Bütün xəbərlər