Ölümü fəth edənlər
  • F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliğinin inkişafı istiqamətində vətən torpağının, millətə sədaqət hisslərinin aşılamaq məqsədi ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Rəşadətlə yaşayanlar - ölümü fəth edənlər" adlı ümumrespublika hekayə müsabiqəsi keçirib. Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmələr arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir. Kitaba münsiflər heyətinin qərarı ilə 25 hekayə daxil edilmişdir. Oxuculara təqdim olunan kitabda toplanmış hər bir hekayə şəhidlərin unudulmaması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacaqdır. Hekayələrə rəsmlər hekayə müəllifləri və digər məktəblilər tərəfindən çəkilmişdir.