İbrahimin sərgüzəştləri : Nağıl-povest / Ə. Atakişiyev ; red. S. Məmmədova ; rəs. Ə. Atakişiyev ; bədii red. İ. Ağayev ; tex. red. S. Həbibzadə. - Bakı : Gənclik, 1970. - 92 s.
"Bərpa-nəşr"
İbrahimin sərgüzəştləri : Nağıl-povest / Ə. Atakişiyev ; bur. məsul. A.Cəfərov, Ş.Qəmbərova, Ə.Əsədzadə ; red. Z.Dadaşova, S.Səmədova, V.Ağamirzəyeva ; dizayn E.Səfərəliyeva ; Azərb. Resp. Mədəniyyət Nazirliyi, F. Köçərli adına Respublika Uşaq Kitabxanası. - Bakı : "Renessans-A", 2020. - 120 s.
Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyev kino sənətinin müxtəlif sahələrində çalışmış, rəssamlıq, operatorluq və rejissorluq etmişdir. O, "Bir ailə", "O olmasın,bu olsun", "Mahnı necə yaranır" filmlərinin geyim üzrə rəssamı, "Arşın mal alan" (1-ci variant.), "Fətəli xan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə" filmlərinin baş operatoru, "Bir qalanın sirri", "Bizim küçə", "İstintaq davam edir", "Sehrli xalat" filmlərinin quruluşçu rejissorudur. Qocaman rejissorun çəkdiyi uşaq filmlərinin taleyi xüsusilə uğurludur. "Bir qalanın sirri" dünyanın 70-dək ölkəsində nümayiş etdirilmişdir. Azərbaycan xalq folkloru əsasında yazdığı "İbrahimin sərgüzəştləri" Ə.Atakişiyevin ilk qələm təcrübəsidir. Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.
Təkrar çap zamanı ilk nəşrin kitab göstəriciləri olduğu kimi saxlanılmışdır.