• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş
    01-03-2026 15:49:00

    1 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında vətənpərvərlik mövzusunda şagirdlərlə görüş keçirilib.

    Tədbirdə şairə Güləmail Murad, “Sübhnur” Tədris və İnkişaf Mərkəzinin rəhbəri Gülnarə Hüseynova, rəssam Kəmalə Ağayeva, 44 günlük Vətən müharibəsi veteranı Abbas Qasımov və Sərhədçi Tədris Mərkəzinin  müəllimi  Səbunə Əzizova iştirak ediblər.

    Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxış edən qonaqlar vətənpərvərliyin gənc nəslin mənəvi formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulanıb, milli kimliyin qorunması və inkişafında ədəbiyyatın əvəzsiz əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan ədəbiyyatı tarix boyu xalqımızın azadlıq ideallarını, vətən sevgisini, milli-mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən əsas mənəvi dayaqlardan biri olub. Klassik və müasir ədiblərimizin yaradıcılığında vətən mövzusu aparıcı xətt təşkil edir və bu irs gənclərin vətənə bağlılıq ruhunda tərbiyəsində mühüm rol oynayır. Azərbaycan ədəbiyyatı vətənpərvərlik ideyalarının formalaşmasında, milli şüurun inkişafında və dövlətçilik ənənələrinin təbliğində mühüm ideoloji və mənəvi mənbədir. Bu kimi tədbirlər isə ədəbiyyat vasitəsilə vətən sevgisinin şagirdlərin qəlbində daha da möhkəmlənməsinə xidmət edir. 

    Şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim olunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və rəqs ifaları nümayiş etdirilib. Səsləndirilən nümunələrdə vətənə sevgi, torpağa bağlılıq, qəhrəmanlıq və milli qürur motivləri ön plana çəkilib.

    Sonda şagirdlərin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmləri sərgilənib və hər biri vətən anlayışını necə dərk etdiklərini ifadə ediblər. Tədbirin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli-mənəvi dəyərlərimizə bağlılığının möhkəmləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə daha yaxından tanış edilməsindən ibarət olub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft