• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir
    27-02-2026 21:02:00

    25,27 fevral 2026-cı il tarixlərində Respublika Uşaq Kitabxanasında İdrak liseyi, 335 nömrəli tam orta məktəbin 2 və 3 –cü sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri təşkil edilib. Görüşdə uşaq yazarı Mehriban Nağıyeva iştirak edib.

    Tədbirin əsas məqsədi uşaqlara tariximizi onların yaş xüsusiyyətlərinə uyğun, həssas və diqqətli formada çatdırmaq, eyni zamanda mərhəmət, birlik və vətən sevgisi kimi dəyərləri aşılamaq olub.

    Görüş zamanı Mehriban Nağıyeva şagirdlərlə Xocalı hadisələri haqqında ümumi və anlaşılan məlumat verib. Bildirilib ki, bu tarix xalqımız üçün kədərli olsa da, eyni zamanda birlik, həmrəylik və sülh arzularımızı daha da gücləndirən bir gündür. Mövzu təqdim edilərkən uşaqların psixoloji həssaslığı nəzərə alınıb, ağır detallara yer verilmədən əsas diqqət milli yaddaş və insanlıq dəyərlərinə yönəldilib.

    Görüşün növbəti hissəsində 335 nömrəli məktəbin şagirdləri Vətən uğrunda canından keçmiş qəhrəmanlar — Ələsgər Cavadov, Nurlan Həsənov və Nicat Musayev haqqında qısa və duyğulu məlumatlar təqdim ediblər. Çıxışlarda qəhrəmanlıq, vətənə sevgi və fədakarlıq anlayışları uşaqların anlayacağı dildə izah olunub.

    Tədbirin bədii hissəsində şagirdlər Xocalı və vətən sevgisinə həsr olunmuş şeirlər səsləndiriblər. Daha sonra uşaqlar tərəfindən “Zəfər nəğməsi” və “Xarıbülbül” mahnıları ifa olunub. Musiqi nömrələri tədbirə həm duyğusal, həm də ümid dolu bir ab-hava qatıb.

    Belə maarifləndirici görüşlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, tarixə marağının artmasına, vətənə sevgi və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına mühüm töhfə verir. Tədbir uşaqlarda həm yaddaş, həm də gələcəyə ümid hissinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft