• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Şagirdlər Respublika Uşaq Kitabxanasında olublar
    10-02-2026 10:15:00

    10 fevral 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 54 və 318 saylı tam orta məktəblərin 1-ci sinif şagirdləri üçün maraqlı və əyləncəli maarifləndirici ekskursiya təşkil olunub. Balaca qonaqlar kitabxana ilə yaxından tanış olub, kitablar aləminə ilk addımlarını atıblar. 

    Ekskursiya zamanı uşaqlara görkəmli maarifçi Firidun bəy Köçərlinin həyatı və yaradıcılığı sadə və anlaşılan dildə izah edilib. Onlara Azərbaycan uşaq folklorunun ilk antologiyası olan “Balalara hədiyyə” adlı  kitab haqqında məlumat verilib, bu kitabın uşaqlar üçün nağıllar, tapmacalar və maraqlı hekayələrlə zəngin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Firidun bəy Köçərlinin tərtib etdiyi bu kitab uşaq folklorunun toplanması və nəşri yolunda atılmış ən mühüm addımlardan biridir. 

    Kitabxana əməkdaşı şagirdlərə kitabxananın onlayn xidmətləri barədə məlumat verib, multimedia bölməsində yer alan virtual nağıllar, audio kitablar, uşaq mahnıları və cizgi filmlərini nümayiş etdirib. Uşaqlara kitabxananın saytından evdə də necə istifadə edə biləcəkləri göstərilib. 

    Tədbir çərçivəsində balacalar üçün tapmacalar və sevilən nağıllar əsasında maraqlı sual-cavablar təşkil olunub. Şagirdlər müxtəlif mövzulu nağıl kitablarına baxıb, sevdikləri nağıl qəhrəmanları haqqında fikirlərini bölüşüblər. Onlara rəngarəng, şəkilli və 3D formatlı kitablar təqdim edilib ki, bu da uşaqlarda oxumağa daha böyük maraq yaradıb. 

    Ekskursiyanın əsas məqsədi birinci sinif şagirdlərini Respublika Uşaq Kitabxanası ilə tanış etmək, onlarda kitaba sevgi aşılamaq və mütaliə vərdişlərinin formalaşmasına töhfə verməkdir. Tədbir balaca oxucular üçün həm öyrədici, həm də yaddaqalan və xoş əhval-ruhiyyəli keçib. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft