F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “2026-cı il – Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tematik elektron toplu hazırlanıb.
Toplunun əsas məqsədi Azərbaycanın zəngin memarlıq irsinin, tarixi abidələrinin, şəhərsalma ənənələrinin və müasir memarlıq nailiyyətlərinin təbliği, oxucuların bu sahədə məlumatlandırılmasıdır.
Ümumilikdə 11 bölmədən ibarət olan tematik elektron topluda mövzu ilə bağlı 48 məqalə, 49 fotoşəkil, 16 video material və 86 kitab yer alıb. Kitablardan 34-nün PDF formatında elektron versiyası təqdim olunub.
Tematik elektron toplu uşaqların və yeniyetmələrin Azərbaycanın memarlıq nümunələri, tarixi abidələri və şəhərsalma mədəniyyəti haqqında biliklərinin zənginləşdirilməsinə, milli-mədəni irsimizə marağın artırılmasına xidmət edir.
Kitabxananın bu istiqamətdə həyata keçirdiyi təşəbbüs milli-mədəni dəyərlərin qorunması və təbliği, eləcə də ölkəmizin zəngin memarlıq irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Hazırlanmış materialla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://clb.az/elektron/Shehersalma/index.htm