• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında "Sağlam Gənclik – Güclü Gələcək" adlı tədbir keçirilib
    02-02-2026 16:48:00

    2 fevral 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında Gənclər Günü münasibətilə "Sağlam Gənclik – Güclü Gələcək" adlı tədbir təşkil olunub. 

    Tədbir Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbirdə, Azərbaycan İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru  Müjgan Məmmədzadə, Mas-restlinq üzrə dəfələrlə Respublika çempionu və İdman akademiyasının cüdo üzrə müəllimi, kəmər imtahanları üzrə eksperti, Heydər Əliyev adına beynəlxalq turnirin mükafatçısı Mahir Talıbov, Azərbaycan Dillər Universitetinin müəllimi, gənc alim Ayşən Məmmədova, gənc kitabxanaçılar və  mədəniyyət könüllüləri iştirak ediblər. 

    Çıxışlar zamanı qonaqlar gənclərin fiziki sağlamlığının, intellektual inkişafının və sosial məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini vurğulayıblar. Mahir Talıbov idman sahəsində uğur qazanmaq üçün davamlı zəhmət, düzgün istiqamət və özünə inamın əsas amillər olduğunu bildirib.

    Ayşən Məmmədova təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək, yüksək nəticələrin məqsədyönlü fəaliyyət və güclü motivasiya ilə mümkün olduğunu qeyd edib, gənclərə praktiki tövsiyələr verib.

    Müjgan Məmmədzadə isə çıxışında gənclərin cəmiyyət qarşısında daşıdıqları məsuliyyətdən danışaraq, onların fəal, vətənpərvər və faydalı vətəndaş kimi formalaşmasının əhəmiyyətini önə çəkib.

    Tədbir iştirakçıları bu kimi görüşlərin gənclərin gələcəkdə daha sağlam, güclü və uğurlu fərdlər kimi yetişməsinə mühüm töhfə verdiyini bildiriblər.

    Tədbirin əsas məqsədi gənclərin şəxsi inkişafını dəstəkləmək, onların özünə inamını artırmaq və uğur yolunda düzgün istiqamətləndirilməsinə yardım göstərməkdir.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft