• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın kitab təqdimatı keçirilib
    12-03-2026 17:07:00

    12 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın “Aradığın şey sənsən” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq, Kitabxanaçılıq və İnformasiya fakültələrinin tələbələri, eləcə də kitabxana əməkdaşları  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova ilk öncə qonağı və tələbələri slamladıqdan sonra müəllif və kitab haqqında məlumat verib. Daha sonra çıxışında qeyd edib ki, milli ədəbiyyat və kitab oxumaq mədəniyyəti gənclərin dünyagörüşünün formalaşmasında, mənəvi dəyərlərin qorunmasında və intellektual inkişafında mühüm rol oynayır. Bu kimi təqdimatlar gənclərin mütaliəyə marağının artırılması, gənc müəlliflərin tanıdılması və milli ədəbiyyatın təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. 

    Təqdimat zamanı müəllif kitabdakı fəlsəfi və psixoloji mövzular haqqında geniş məlumat verib. O qeyd edib ki, kitabda insanın daxili dünyası, özünü dərk etməsi, həyatın mənası kimi mövzularla yanaşı, sərbəst iradə və daxili azadlıq kimi anlayışları da xüsusi yer tutur. Müəllif bu mövzuların xüsusilə gənclərin düşüncə inkişafı və özünü tanıma prosesində mühüm rol oynadığını vurğulayıb.

    Tədbir çərçivəsində tələbələr və iştirakçılar arasında mövzular ətrafında maraqlı müzakirələr aparılıb. Fuad Əliyev gənclərin suallarını cavablandıraraq onlarla səmimi fikir mübadiləsi aparıb. Həmçinin görüş zamanı müəllif yaradıcılıq fəaliyyətindən, yazı prosesindən və seçdiyi “Cogitabad” təxəllüsünün mənası haqqında məlumat verib. O qeyd edib ki, bu təxəllüs “sonsuz fikrin uyğunlaşdığı məkan” mənasını daşıyır və onun düşüncə tərzini, yaradıcılıq dünyagörüşünü əks etdirir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft