• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Elektron resurslar virtual oxuculara təqdim edilib
    06-04-2026 16:57:00

    Aprelin 5-də  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə həsr olunmuş yeni elektron vəsaitləri – “Abdulla Şaiq – 145”, “Söz və duyğu şairi – Nəriman Həsənzadə – 95” veblioqrafiya və “Süleyman Rüstəm – Azərbaycan söz sənətinin ustadı” adlı biblioqrafik yaddaşı virtual oxucuların istifadəsinə təqdim edib.

    Vəsaitlərdə Azərbaycan ədəbiyyatının klassik və müasir simalarının həyat və yaradıcılığı geniş şəkildə işıqlandırılıb, onların zəngin ədəbi irsi sistemli və elmi prinsiplər əsasında təqdim olunub. Bu nəşrlər həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün etibarlı və zəngin informasiya mənbəyi kimi nəzərdə tutulub.

    “Abdulla Şaiq – 145” veblioqrafiyası Abdulla Şaiq yaradıcılığına verilmiş yüksək qiymətləri, görkəmli şəxsiyyətlərin fikirlərini, şairə həsr olunmuş poetik nümunələri və digər materialları özündə birləşdirir. Vəsaitdə dövri mətbuatda dərc olunmuş 39 məqalə, müəllifin 6 əsəri, müxtəlif kitablarda yer alan 8 əsəri və 17 kitab sistemləşdirilmiş şəkildə təqdim edilib.

    “Söz və duyğu şairi – Nəriman Həsənzadə – 95” veblioqrafiyasında Nəriman Həsənzadə yaradıcılığı və ictimai fəaliyyəti geniş şəkildə əks olunub. Vəsaitdə 8 kitab, dövri mətbuatda çap olunmuş 11 əsər, onun haqqında yazılmış 36 məqalə və digər materiallar istifadəçilərə təqdim olunur.

    “Süleyman Rüstəm – Azərbaycan söz sənətinin ustadı” adlı biblioqrafik yaddaş isə Süleyman Rüstəm yaradıcılığına həsr olunub. Vəsaitdə 22 kitab, 34 dövri mətbuat məqaləsi, həmçinin  görkəmli şəxslərin şair haqqında dəyərli fikirləri yer alıb.

    Ümumilikdə, Məlumat-biblioqrafiya şöbəsinin hazırladığı vəsaitlər milli ədəbi irsin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, elektron resuslar oxucuların mütaliə mədəniyyətinin inkişafına və ədəbiyyata marağın artırılmasına xidmət edir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft