• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub
    26-02-2026 20:57:00

    18–26 fevral 2026-cı il tarixlərində Respublika Uşaq Kitabxanasında 34 nömrəli tam orta  məktəbin və Kaspi liseyinin 1-ci sinif şagirdlərinin iştirakı ilə silsilə ekskursiyalar təşkil olunub.

    Ekskursiyaların əsas məqsədi şagirdləri erkən yaşlardan kitabxana mühiti ilə tanış etmək, onlarda mütaliə vərdişlərinin formalaşmasına dəstək vermək və kitaba sevgi hissini gücləndirmək olub.

    Ekskursiya zamanı kitabxana əməkdaşları şagirdləri oxu zalları və nağıl otağı ilə yaxından tanış edib, kitabxana haqqında ətraflı məlumat veriblər. Uşaqlar müxtəlif mövzulu nağıl kitabları ilə tanış olub, sevdikləri nağıl qəhrəmanları haqqında fikirlərini bölüşüblər. Onlara təqdim olunan rəngarəng, şəkilli və 3D formatlı kitablar birincilərin xüsusi marağına səbəb olub və oxumağa həvəslərini artırıb.

    Ekskursiya çərçivəsində 34 saylı məktəbin şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, eləcə də Vətən uğrunda şəhid olmuş Saleh Nuruyev və Tərlan Rzayev haqqında qısa məlumatlarla çıxış ediblər. Təqdimatların məqsədi uşaqlarda vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və qəhrəmanlıq anlayışının formalaşdırılması olub.

    Şagirdlər, eyni zamanda, kitabxananın nəşri olan “Göy Qurşağı” jurnalı ilə tanış olublar. Jurnalın uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici və əyləncəli rubrikaları barədə məlumat verilib, jurnalın bir neçə nömrəsi məktəbin kitabxanasına hədiyyə edilib.

    Silsilə ekskursiyalar şagirdlərin kitabxana və informasiya resursları haqqında biliklərini artırmaqla yanaşı, onların mütaliəyə marağının güclənməsinə, asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafına müsbət təsir göstərib.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft