20 aprel 2026-cı il tarixində “Balım” uşaq bağçasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə “22 aprel- Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş “Bir ağac-bir həyat” devizi altında maariflədirici tədbir keçirilib,mövzunu əhatə edən uşaq ensiklopediyaları,bitki və heyvanlar aləmindən bəhs edən illüstrasiyalı kitablardan ibarət sərgi təşkil edilib.Tədbirin başlanğıcında əməkdaşlar tərəfindən kitabxana və onun adını daşıyan maarifçi,ədəbiyyatşünas F.Köçərli haqqında məlumat verilib.Uşaqlar üçün xüsusi hazırlanmış, rəngli görüntülərdən ibarət videoçarx təqdim olunub,təbiət haqqında cizgi filmi nümayiş etdirilib. Tədbir çərçivəsində sərgidəki kitablarla tanışlıq prosesində əməkdaşlar tərəfindən“Beynəlxalq Yer Kürəsi Günü”nün mahiyyəti ilə bağlı məqamlar vurğulanıb,maarifləndirici söhbətlər aparılıb.Uşaqlarla əyləncəli viktorina keçirilib,onlara kitab hədiyyə olunub.
Tədbirin keçirilməsində məqsəd uşaqlar arasında ekoloji maarifləndirmə aparmaq, onlarda erkən yaşdan təbiətə məsuliyyətli yanaşma formalaşdırmaqdır.











