• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında”
    26-02-2026 16:57:00

    26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Respublika Uşaq Kitabxanasında Ankara liseyinin şagirdlərinin iştirakı ilə anım tədbiri keçirilib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Anım mərasimi zamanı uşaqlara və yeniyetmələrə hadisələrin mahiyyəti onların yaş xüsusiyyətlərinə uyğun, həssas və diqqətli şəkildə izah olunub.

    Tədbirdə çıxış edən uşaq yazarı Gülzar İbrahimova Xocalı soyqırımı haqqında məlumat verərək bu faciənin xalqımızın tarixində və milli yaddaşında tutduğu mühüm yerdən bəhs edib. O, mövzuya həsr etdiyi şeirini səsləndirərək uşaqlara sülhün, mərhəmətin və vətən sevgisinin əhəmiyyətini çatdırıb.

    Daha sonra məktəblilər “Mən Xocalıyam” şüarı altında Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər. Şagirdlərin çıxışlarında vətənə bağlılıq, həmrəylik və gələcəyə ümid motivləri xüsusi yer alıb. Tədbirin sonunda hərbi geyimdə çıxış edən şagirdlər “Çəkil torpağından, ey yağı düşmən” mahnısını ifa ediblər.

    Tədbirin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəslə düzgün və yaşa uyğun formada çatdırmaq, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, eyni zamanda uşaqlarda və yeniyetmələrdə vətənpərvərlik, sülhə çağırış və humanist dəyərləri gücləndirmək olub.

    Anım tədbiri gənclərin tarixi yaddaşının formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin daha həssas, məlumatlı və məsuliyyətli vətəndaş kimi yetişdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft