Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı tarixini, xüsusən də onun yeni dövrünü (XIX-XX əsrlər) tədqiq etmək sahəsində böyük xidmətləri olub. O, M.F.Axundov, M.Hadi, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi böyük sənətkarlar, “Molla Nəsrəddin” jurnalı haqqında qiymətli monoqrafiyaların müəllifidir.
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov 2002-ci il avqustun 30-da Bakıda vəfat edib.
XX əsrin görkəmli ədəbiyyatşünası Əziz Mirəhmədovun 105 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası mətnşünas alimin müəllifi olduğu 1 latın, 6 kiril qrafikası ilə yazılmış kitabını, haqqında dövri mətbuat məqalələrini və s. əhatə edən biblioqrafik siyahı tərtib edərək virtual oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik yaddaş ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.