19 mart 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Uşaqlara Novruz bayramının tarixi, Azərbaycanda necə qeyd olunduğu, eləcə də bayramın simvolları, onun xalq mədəniyyətindəki rolu haqqında qeyd edilib, həmçinin xüsusilə Novruz bayramının təbiətin oyanışı və baharın gəlişi ilə əlaqəli olduğu vurğulanıb. Sonra Kitabxananın əməkdaşları tərəfindən "Kosa və Keçəl", "Göyçək Fatma", “Səmənini göyərtmək” və digər Novruz adətləri ilə bağlı daha geniş məlumat verilib.
Tədbirdə uşaqlar Novruzla bağlı nəğmələr oxuyub, həmçinin “Motal-motal”, “Əlüstə kimin əli” kimi ənənəvi Novruz oyunlarını oynayıblar. Tədbirin ardınca təşkil olunmuş masterclassda bayram atributları hazırlayaraq milli dəyərlərimizi əks etdirən nümunələr üzərində yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər. Sonda uşaqların əl işlərindən ibarət “bayram xonçası” hazırlanıb.
Tədbir uşaqların böyük marağına səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.