17 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Suraxanı rayon 279 nömrəli orta məktəbin şagirdlərinin uşaq yazarı Zahirə Cabirlə görüşü təşkil edilib. Müəllif görüşdə "Böyük Azərbaycanlı" və "Təbiətə Məktub" kitablarından hekayələr səsləndirib. Yazıçı və məktəblilər arasında maraqlı dialoq və müzakirələr baş tutub. Sonra məktəblilər yeni kitablarla tanış olub, həmçinin kitabxana əməkdaşı “Bəs niyə səma mavidir?” kitabının icmalını təqdim edərək, uşaqlarla maraqlı və maarifləndirici müzakirə aparıb. Kitabxana əməkdaşlarının təşkil etdiyi masterklass interaktiv və əyləncəli formatda təşkil olunub. Şagirdlər müxtəlif rənglərdən və dekorativ materiallardan istifadə edərək özünəməxsus əlfəcinlər hazırlayıb, bu proses böyük maraq və həvəs doğurub. Tədbir səmimi və maarifləndirici mühitdə başa çatıb.
Görüşlərin təşkil edilməsində əsas məqsəd yazıçı ilə şagirdlərin mütaliəyə marağını artırmaq və onları kitabxana mühitinə daha yaxınlaşdırmaq, həmçinin yazıçı ilə oxucular arasında fikir mübadiləsi aparmaq üçün şərait yaratmaqdır.
Görüşlər uşaqlara həm əyləncə, həm də təhsil baxımından faydalıdır çünki onlar yalnız ədəbiyyatla bağlı deyil, həm də şəxsi inkişaflarına töhfə verə biləcək çoxsaylı fürsətlər əldə edirlər.
Sonda kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” jurnalı məktəbin kitabxanasına hədiyyə edilib.