26 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanan “Xocalı:Həqiqət və Ədalət" adlı virtual sərgi oxuculara təqdim olunub. Virtual sərgidə Palitra-Art studiyasının şagirdləri tərəfindən çəkilmiş Xocalı hadisələrini əks etdirən rəsmlər yer alıb. Gənc rəssamlar Xocalı faciəsinin izlərini, xalqın yaşadığı ağrını və ədalət axtarışını rənglərin dili ilə ifadə ediblər.
Sərgi interaktiv formatda təqdim olunaraq virtual oxuculara Xocalı həqiqətlərini dərindən öyrənmək və tarixi faktlarla tanış olmaq imkanı yaradır.
Aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərsiniz:
https://www.clb.az/multi-medi-a/virtual-sergi/xocali-h-qiq-t-v-dal-t