Virtual oxuculara “Rəsul Rza – 115” adlı veblioqrafiya təqdim edilib
27-05-2025 18:51:00
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli şairi, dramaturq və ictimai xadim Rəsul Rzanın 115 illik yubileyi münasibətilə veblioqrafiya hazırlanıb.
Veblioqrafiyada şair haqqında məlumat, görkəmli şəxsiyyətlərin Rəsul Rza haqqında fikirləri, şairə aid video və foto qalereya, həmçinin 36 adda kitab, 149 adda dövri mətbuat məqalələrinin tammətnli təsviri yer alıb.
Veblioqrafiya ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.