23 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 nömrəli UGİM-in şagirdləri üçün ekskursiya təşkil olunub.
Ekskursiya zamanı uşaqlara kitabxananın strukturu, qaydaları və xidmətləri haqqında ilkin biliklər verilib. Bu, oxucuların gələcəkdə kitabxanadan sərbəst və düzgün istifadə etmələrinə şərait yaradır. Ekskursiyalar vasitəsilə uşaqlarda oxu vərdişlərinin formalaşdırılması üçün onlara kitabların dünyası tanıdılır, oxumağa maraq oyadılır. Kitabxananın mühiti və təqdim olunan materiallar uşaqlarda mütaliəyə olan sevgini artırır. Həmçinin kitabxanaya ekskursiya zamanı uşaqlara milli-mənəvi dəyərlərin aşılanması məqsədilə Azərbaycan ədəbiyyatına, klassik və müasir yazıçılara diqqət yetirilib.
Sonra kitabxanaçıların təqdimatında “Yer kürəsi”, “Hər günə bir sual”, “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalları keçirilmiş, bu nəşrlərin maarifləndirici məzmunu diqqətə çatdırılmışdır.