"Ümumdünya Yazıçı Günü" münasibətilə oxu saatı keçirilib
03-03-2025 15:10:00
3 mart 2025-ci il tarixində "Balım" uşaq bağçasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə "3 Mart -Ümumdünya Yazıçı Günü" münasibətilə oxu saatı keçirilib. Öncə əməkdaşlar tərəfindən Firidun bəy Köçərli haqqında məlumat verilib. Əlamətdar günün yaranma tarixindən danışılıb, Azərbaycan və xarici uşaq yazarlarının kitablarından müxtəlif hekayə, nağıl, şeirlər oxunub.
Oxu saatının keçirilməsində məqsəd uşaqlara yerli və xarici yazarları tanıtmaq, onlarda kitaba olan marağı artırmaq, dinləmə qabiliyyətlərini inkişaf etdirməkdir.