Xalq yazıçısı Süleyman Rəhimovun adı 1930-cu illərdən yeni Azərbaycan romanının doğuluşu, təşəkkülü və inkişafı ilə sıx bağlı olmuşdur. Milli nəsrimizdə roman janrının diqqətəlayiq nümunələrini yaradan görkəmli yazıçının əsərləri janr baxımından əlvan və müxtəlifdir. Yeni dövr Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan yazıçı əsasən roman yazarı kimi tanınıb. S.Rəhimov "Şamo" və "Saçlı" adlı çoxcildli romanların, həm də hekayə və povestlərin, romantik və satirik-yumoristik səpkili nəsr əsərlərinin müəllifidir.
Süleyman Rəhimovun 125 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası yazıçı haqqında kitabların, dövri mətbuat materiallarının biblioqrafik siyahısını tərtib edərək oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik yaddaşla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.