• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib
    05-03-2025 16:54:00

    5 mart 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında kəkələyən uşaqlara dəstək olmaq, onlarda özünə inamı artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib. Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva, psixopedaqoq Bülül Quliyeva, həmçinin kitabxana əməkdaşları və gənc analar iştirak edib.

    Maarifləndirici təlimdə “Oxu terapiyası”, “Kəkələyən uşaqların psixikası”, “Kəkələmə xəstəlik deyil” və “Valideynlərin maarifləndirilməsi” mövzuları müzakirə edilib. Defektoloq-loqoped Jalə Bənnayeva kəkələyən uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin kəkələyən uşaqların oxumağa hansı kitablardan başlamalı mövzusuna toxunulub. Qeyd edilib ki, nitqində qüsur, gecikmə və ya kəkələmə varsa hecalı kitablardan istifadə etmək məsləhətdir. Təlimdə kəkələmə problemi ilə üzləşən uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.

    Psixopedaqoq Bülül Quliyeva kəkələmənin hər bir uşağa fərdi yanaşma üsulu ilə həll edilməsi gərəkdiyini, hər uşağın psixoloji vəziyyətinin və inkişaf mərhələsinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

    Təlimin sonunda valideynlərə uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft