7 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialında 222 saylı uşaq baxçasının usaqlarının iştirakı ilə “Ümumdünya Sağlamlıq Günü” münasibətilə “Sağlam olun uşaqlar” adlı tədbir keçirilib. Kitabxana əməkdaşı balaca fidanlara tədbirin mahiyyəti barədə məlimat verib.
1950-ci ildən başlayaraq “Ümumdünya Sağlamlıq Günü” hər il 7 aprel tarixində bir çox ölkələrdə qeyd edilir. Kitabxanaçı uşaqlara müraciətində qeyd edib ki, sağlam olmaq bədənimizi və özümüzü yaxşı hiss etməkdir. Xəstə olmamaq, gün ərzində enerjili olmaq dostlarımızla oynaya bilmək üçün bir neçə şərtə əməl etməliyik. Təmizliyə diqqət edib əllərimizi tez-tez yumalıyıq. Hər gün təzə meyvə və tərəvəz yeməliyik, zərərli qidalardan uzaq durmalıyıq, süd, su içməliyik, yuxumuzu yaxşı almalıyıq və çoxlu hərəkət etməliyik ki, güclü, sağlam olaq. Tədbirin sonunda uşaqlara kiçik hədiyyələr təqdim edilib.