• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında uşaq hüquqlarına dair maarifləndirici tədbir keçirilib
    02-11-2025 16:17:00

    Bakı, 2 noyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Uşaq Hüquqlarının Müdafiəsi aylığı” çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi uşaqların hüquq və azadlıqları barədə biliklərinin artırılması, onların sosial müdafiəsi mövzusunda məlumatlılığın gücləndirilməsi və hüquqi tərbiyənin inkişaf etdirilməsidir.

    Tədbirdə Rüstəm Əliyev adına 3 nömrəli məktəbin 2A və 4C sinif şagirdləri fəal iştirak ediblər. Şagirdlər uşaq hüquqları mövzusunda öz biliklərini bölüşüb, gündəlik həyatda hüquqların qorunmasının vacibliyi barədə müzakirələr aparıblar.

    Kitabxananın əməkdaşı iştirakçılara “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının əsas prinsipləri, uşaqların təhsil, sağlamlıq, sosial müdafiə və təhlükəsiz mühitdə yaşamaq hüquqları barədə ətraflı məlumat verib.

    Tədbir çərçivəsində kitabxana əməkdaşı Cenifer Murmalinos tərəfindən, Con Devis ilə birgə müəllifi olduqları “Yaşıdların təhlükəli təzyiqi” adlı kitabın icmalı təqdim olunub. İcmal zamanı müəlliflərin yaşıd təzyiqinin uşaqların davranışına və psixoloji durumuna təsiri, bu hallarla mübarizə üsulları və ailə dəstəyinin rolu haqqında fikirləri uşaqlara aydın və maraqlı şəkildə çatdırılıb.

    Respublika Uşaq Kitabxanası tərəfindən keçirilən bu tədbir uşaqların hüquqi savadlılığının artırılması, onların hüquqlarının qorunması istiqamətində həyata keçirilən maarifləndirici fəaliyyətlərin davamı kimi böyük əhəmiyyət daşıyır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft