• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
    27-05-2025 18:53:00

    27 may 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “28 May – Müstəqillik Günü” münasibətilə tədbir təşkil olunub. Tədbir çərçivəsində uşaq yazıçısı Zahirə Cabir ilə 177 nömrəli tam orta məktəbin şagirdlərinin maraqlı görüşü baş tutub.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Zahirə Cabir Azərbaycanın dövlət müstəqilliyinin tarixi, onun qorunub saxlanılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu barədə danışıb. Görüş zamanı, həmçinin yazıçı uşaqlara müstəqillik mövzusunda qələmə aldığı əsərlərindən parçalar oxuyub, onların suallarını cavablandırıb və yazıçı olmaq arzusu olan gənc oxuculara tövsiyələrini verib. Yazıçı Azərbaycanın müstəqillik tarixindən, azadlıq və vətənpərvərlik ruhunun uşaq ədəbiyyatında əksindən danışaraq bildirib ki, "gələcəyin vətənpərvər və düşüncəli vətəndaşlarını formalaşdırmaqda ədəbiyyatın rolu əvəzsizdir."

    Tədbir zamanı, həmçinin “Heydər zirvəsi” adlı videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı əvəzsiz rol, onun milli kimliyimizin qorunmasına verdiyi töhfələr əhatəli şəkildə təqdim olunub.

    Tədbirdə iştirak edən şagirdlər müstəqilliklə bağlı qısa çıxışlarla vətənə olan sevgilərini ifadə ediblər. Belə görüşlər uşaqların həm mütaliə vərdişlərinin inkişafına, həm də milli dəyərlərə bağlı yetişmələrinə böyük töhfə verir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft