Yazıçı Mikayıl Rzaquluzadə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, əsərləri üçün mövzuları daha çox şifahi xalq ədəbiyyatından və tarixi keçmişimizdən seçib, yüksək insani duyğular, əxlaqi məziyyətlər ifadə edən bədii nümunələr yaradıb.
Nasir və istedadlı tərcüməçi Mikayıl Rzaquluzadə ədəbi fəaliyyətə 1923-cü ildə "Müəllim" şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə "Maarif işçisi" jurnalında "Cocuq ədəbiyyatında üsul məsələsi" adı ilə dərc olunub. 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutub.
Görkəmli sənətkar 1984-cü il noyabrın 10-da Bakıda vəfat edib.
XX əsrin görkəmli ədəbiyyatşünası Mikayıl Rzaquluzadənin 120 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi ədibin müəllifi olduğu 2 latın, 16 kiril qrafikası ilə yazılmış kitabını, haqqında dövri mətbuat məqalələrini və s. əhatə edən biblioqrafik siyahı tərtib edərək virtual oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik yaddaş ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.