"Kaspi" Liseyinin şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub
07-02-2025 16:06:00
6 və 7 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına "Kaspi" Liseyinin şagirdlərinin eksursiyası təşkil olunub. Firidun bəy Köçərli haqqında şagirdlərə məlumat verilib və onun tərtib etdiyi "Balalara hədiyyə” kitabının icmalı olub. Kitabdan “İt və pişik”, “Ərincək it” nağılları əsasında barmaq oyunu keçirilib, kiçik səhnələr göstərilib.
Həmçinin kitabxananın əməkdaşı məktəbliləri “Afrika safarisi” adlı kitabdan təbii mühitlərin müxtəlifliyi, tropik meşələr, su hövzələrinin sakinləri, müxtəlif heyvanlar və s. barədə məlumatlarla tanış edib.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları kitabxananın zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini artırmaqdır.