18 mart 2025-ci il tarixində M.Yusifov adına tam orta məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşları tərəfindən ibtidai siniflərlə birgə “Elimizə bahar gəlir” adlı tədbir keçirilib. Əvvəlcə kitabxana əməkdaşı “Novruz” bayramı barədə ətraflı məlumat verib.
“Novruz” bayramı tarix boyu xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub və həmişə uca tutulub. Bu bayram YUNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Daha sonra məktəblilərin təqdimatında Növruz bayramı ilə əlaqədar şeirlər, mahnılar və kompozisiyalar təqdim edilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə Azərbaycanın mədəni irsinin və bayramlarının zənginliyini, milli mənəvi dəyərlərimizi tanıtmaq, dəyər vermək və gələcək nəsillərə ötürməkdir.