18 iyul 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “20 İyul – Beynəlxalq Şahmat Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində kitabxana əməkdaşı uşaqlara “Şahmatı öyrənirəm” adlı kitab haqqında məlumat verib, şahmat oyununun tarixi və əsas qaydaları barədə maarifləndirici çıxış edib. Bildirilib ki, şahmat uşaqların məntiqi təfəkkürünün formalaşmasında, diqqət və yaddaş qabiliyyətinin inkişafında mühüm rol oynayır.
Tədbirin interaktiv hissəsində uşaqlar arasında şahmat oyunu təşkil edilib. Oyun prosesi zamanı uşaqlar strategiya qurma, qərarvermə və səbir kimi mühüm keyfiyyətlərini nümayiş etdiriblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda şahmata olan marağı artırmaq, onların intellektual potensialını üzə çıxarmaq və asudə vaxtlarını faydalı şəkildə təşkil etməkdir.





